Yazını böyüt
Yazını kiçilt
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında videokonfrans formatında görüş keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayevanın iştirak etdiyi görüşdə “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın müvafiq maddələri, idman qidaları barədə yerli qanunvericilik və mövcud tənzimləyici mexanizm müzakirə olunub.
Görüşdə idman qidasının dopinq vasitələrlə saxtalaşdırılmasına qarşı fəaliyyətlə əlaqədar fikir mübadiləsi aparılıb.